AVTOMATİK YANĞINSÖNDÜRMƏ SİSTEMLƏRİ

Müxtəlif kimyəvi tərkibli sprinkler və drençer növləri üzrə quraşdırılan avtomati yanğınsöndürmə sistemləri obyektik özəlliyindən asılı olaraq tüstü, hərarət, alov, qaz və digər fiziki və kimyəvi əlamətlər üzrə yanğın təyin etmə vasitələri ilə təmin olunur. Ümumilikdə sistem lokal və ya mərkəzlişdirilmiş olmasından asılı olmayaraq idarəetmə, qeydetmə və məlumat ötürmə altsistemləri ilə təmin olunur. Sistemin bütün elemtləri xüsusi rele və digər müdafiə sistemləri ilə təchiz olunur ki, bu da öz növbəsiz qəza açılmalarının qarşısını alır. Bundan başqa sisteminin quraşdırılması zamanı istifadə olunan bütün materiallar və naqillər yüksək hərarətə və yanğına davamlıdır.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemlərinin tətbiqi ilə xüsusi obyekrlərdə və istehsal müəssisələrində obyekt və müəssisədə mövcud digər sistemlərdən qəbul oluna bilən siqnallar vasitəsilə sistemi işə salma və çıxışda avtomatik yanğınsöndürmə sistemindən başqa sistemlərə də təsir etmə funksiyalarını realizə etdirmək mümkündür. Avtomatik yanğınsöndürmə sistemi müxtəlif təyinatlı SCADA və idarəetmə sistemləri də inteqrasiya oluna bilir.

Mərkəzləşdirilmiş avtomatik yanğınsöndürmə sistemləri yanğın baş verdiyi halda alovun lokallaşdırılması və digər otaqlara və ərazilərə yayılmaması üçün giriş-çıxışa nəzarət sistemləri ilə inteqrasiya olunur.