Haqqımızda

Firesystems.az porta“Microtech” Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən hazırlanmışdır. Portalın məqsədi Microtech şirkətinin əsas fəaliyyət sahələrindən biri olan yanğından mühafizə sistemləri haqqında müştərilərinə daha ətraflı məlumatları təqdim etməkdir. Bundan başqa maraqlanan şəxslər portalda müxtəlif yanğından mühafizə sistemləri haqqında tədbirlər, xəbərlər və maraqlı informasiyalar əldə edə bilərlər.

Microtech Məhdud Məsuliyyətli Cəmiyyəti informasiya və telekommunikasiya sistemləri sahəsində müxtəlif həlllərin tətbiqini, İKT avadanlıqlarının satışını, müxtəlif sistemlərinin qurulması və texniki xidmətini həyata keçirir. Şirkət müxtəlif sənaye tipli müəssisələr üçün avtomatlaşdırma və SCADA xidmətlərini, müxtəlif tip resurs idarəetmə proram təminatlarının hazırlnaması xidmətini təqdim edir. Müştərinin texniki şərtinə uyğun olaraq müxtəlif sistemlırin avtomatlaşdırılması ilə yanaşı mövcud sistemlərinin inteqrasiyası Microtech şirkətinin professional komandası tərəfindən yüksək keyfiyyətlə həyata keçirilir.

Microtech Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif müəssisələr üçün proqram təminatlarının yazılması və qurulması xidmətini göstərir. 15 nəfərdən çox professional proqramlaşdırıcı komandası ilə Microtech şirkəti qarşıya qoyulan istənilən çətinlikli proqram təminatı hazırlanması tapşırıqlarının öhdəsindən yüksək keyfyyətlə gəlməyə qadirdir. Şirkətin komandası tərəfindən hazrılanmış GPS-Naviqasiya, HRM, Anbar və satış, Restoran və otellerin idarə olunması, Səhiyyənin idarə olunması proqram təminatları müxtəlif sahələr üçün müştərilərə biznesin effektivliyini artırmağa imkan yaradır.

Microtech Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif təhlükəsizlik sistemlərinin layihələndirilməsi, qurulması və texniki xidmətini həyata keçirir. Şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş Yanğından mühafizə sistemlərinin və vasitələrinin qurulması və onalara texniki xidmət üçün müvafiq lisenziyaya malikdir. Microtech şirkətinin mütəxəssisləri müxtəlif ölçülü və tipli müəssisələr və binalara yanğından mühafizə sistemlərinin qurulmasını və mövcud sistemlərlə inteqrasiyasını həyata keçirir. Şirkət yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemlərinin qurulması üçün müvafiq təhlükəsizlik sistemləri üzrə mütəxəssislər, İT mütəxəssislər, müxanika üzrə mütəxəssislər, energetik və elektro-mexaniklərdən ibarət professional komandaya malikdir.