DÜNYA PRAKTİKASI

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Yanğının yaranma prinsipi
Yanğın 3 elementin birləşməsindən və bunlar arasında gedən reaksiya nəticəsində meydana gəlir. Yanğın üçbucağı adlandırılan bu birləşməyə yanabilən maddə və material (misal üçün: taxta, benzin, propan, aliminium və s), oksigen və istilik mənbəyi (misal üçün:nasaz elektrik avadanlığı).

Yanğın təhlükəsizliyində iki əsas faktor önəmlidir:
• Yanğının baş verməsinin qarşısının alınması – Hər bir müəssisədə öncüllük məhz bu faktor verilməlidir və fəaliyyətlər elə qurulmalıdır, yerinə yetirilməlidir ki, yanğın baş verməsin. Bunun üçün, yanabilən maddə və materiallar xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır, alışma mənbələri nəzarətdə olmalı, alışma mənbələrinin yaranma səbəblərini aradanq aldırmaq üçün texniki xidmət işləri vaxtında və düzgün aparılmalıdır, iş ərazisində təmizlik, səliqə-səhman qaydasında olmalıdır, bütün şəxsi heyət yanğın təhlükəsizliyinə dair təlimatlandırılmalıdır və s.
• Yanğınla mübarizə - Bu, baş verən yanğından sorna atılan müvafiq addımları özündə cəmləyir. Təbbi ki, hər hansı müəssisə rəhbəri istəməz ki, onun iş yerində yanğın olsun. Lakin, hər hansı səbəbdən yanğın baş verdikdə belə, vaxtında elə addımlar atılmalıdır ki, yanğını nəzaərtdə saxlamaq və onu aradanq aldırmaq mümkün olsun. Misal üçün: İş ərazisində yanğın su və lazımı yerlərdə köpük sisteminin quraşdırılması, yanğın köşkləri, onun üzərindəki lazımı avadanlıqlar, yanğınsöündürmə balonları, yanğın adyalları, otaqlarda müxtəlif təyinatlı detektorlar, yanğın həyəcan siqnal sistemi və s təmin edilməlidir. İşçi heyətinin təlimləndirilməsi bu faktorda əsas məsələlərdəndir.

Yanğının kateqoriyaları:
A-Bərk maddələrin yanğını (kağız, karton, taxta, plastik əşyalar və s)
B-Alışabilən mayelərin yanğını (neft, benzin, kerosin, metanol və s)
C-Alışabilən qazların yanğını (Propan, butan, metan, asetilen və s)
D-Alışabilən metalların yanğını (Maqnezium, aluminimum və s )
E-Elektrik yanğınları
F-Mətbəxdə istifadə olunan yağlar, piylərin yanğını
QEYD: Unutmayın ki, beynəlxalq standartlarda elektrik ayrıca bir “E” kateqoriyası kimi götürülmür. Çünki, elektrik yanacaq deyil, hansı ki, o çox gözəl alışma mənbəyi oal bilər.



Yanğınsöndürmə balonlarının növləri
Su – Bərk materialların yanğınında istifadə olunur. Elektrik və maye tipli yanğınlarda istifadə etmək olmaz
Köpük – Bərk və maye tipli yanğınlarda istifadə olunur. Elektrik tipli yanğınlarda istifadə etmək olamz.
Karbon dioksid (CO2) – Elektrik yanğınlarda istifadəsi nəzərdə tutulub. Maye tipli yanğınlarda da istifadə edə bilərsiniz.
Quru Kimyəvi Toz – Universal yanğınsöndürmə balonudur. Yəni, dümək olar ki, bütün növ yanğın kateqoriyalarında istifadə etmək olar. Mətbəx yağları yanğını istisnadır.
Yaş (nəm) kimyəvi – Mətbəx yağları yanğınında istifadə olunur


Alışabilən
Yanabilən, alışabilən sözləri normal mühit temperaturunda istilik mənbəyi tərəfindən asanlıqla alovlanan mənasına gəlir. Hər bir maddənin, materialın özünün alışma temperaturu var. Maddə və material yalnız o temperatur çərçivəsində təsir edən istilik mənbəyi olduqda yana bilir.
Alışabilən sözü ilə yanaşı, bəzən “Yüksək alışma qabiliyyətli” ifadəsi ilə də rastlaşa bilərsiniz. Bu onu ifadə edir ki, həmin maddə və material daha az temperatur olduqda yanabilir.

Alovun yayılma yolları
• Birbaşa yanma
• Konveksiya
• Konduksiya
• Radiasiya

İş yerlərində yanğının yaranmasının ümumi səbəbləri
• Elektrik avadanlıqları – nasaz naqil, həddindən artıq yüklənmə, düzgün istifadə olunmama, düzgün mühitdə istifadə olunmama və s
• Qəsdlə törədilmə
• İsti işlər – açıq alov və ya qığılcım olan işlər
• Siqaret çəkmək – təyin olunmayan yerlərdə siqaretin çəkilməsi yanğına səbəb ola bilər
• Mətbəxdə yemək bişirilən avadanlıqların nəzarətsiz saxlanması
• Otaqlarda istifadə olunan qızdırıcıların nəzarətsiz saxlanması
• Alışabilən maddə, material və qazların düzgün saxlanmaması və təhlükəli istifadə olunması
• Mexaniki istilik – avadanlıqlarda daimi şəkildə hərəkət edən və ya bir-birinə sürtünün hissələrdən çıxan tüstü, qığılcım
• Kimyəvi reaksiyalar

İş yerində yanğın təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsinin 3 əsas səbəbi var:
1. İnsanların xəsarət almasının qarşısını almaq – İşəgötürənin işçi üzərində onların sağlamlıq və təhlükəsizliyinin qorunması ilə bağlı mənəvi vəzifəsi var.
2. Qanunun tələbini yerinə yetirmək – İşəgötürənin təhlükəsizliyə qarşı hüquqi öhdəliyi var və əgər bu öhdəliyi yerinə yetirməsə, onu müxtəlif cərimələr, hətta həbs gözləyir
3. Xərcləri minimallaşdırmaq – iş yerində baş verən yanğın hər hansı avadanlığın, hətta bütövlükdə müəssisənin yanmasına və beləliklə işəgötürənin bir xeyli zərərə düşməsinə, hətta müflis olmasına səbəb ola bilər

Yanğın təhlükəsizliyi ilə bağlı riskləri qiymətləndirən zaman aşağıdakı faktorlar nəzərə alınmalıdır:
• Yanğın təhlükələrini müəyyən etmək
- Yanacaq mənbəyini
- Alışma mənbəyini
- Oksigen mənbəyini
• Risk altında ola biləcək şəxsləri müəyyən etmək
- Binada olan insanlar
- Əlilliyi olan, hamilə olan, gənc, təcrübəsiz və bu tip işçilərə üstünlük vermək
• Riski qiymətləndirmək, tələb olunan nəzarət tədbirlərini müəyyən etmək və yerinə yetirmək
- Ynağının qarşısının alınması
- Tüstünün və alovun yayılmasının qarşısının alınması
- Detektor və siqnallar
- Yanğınsöndürmə avadanlıqları
- Təxliyyə yolları
- İşarələr və xəbərdarlıq lövhələri
- İşıqlandırma
• Nəticələri qeyd etmək, planlaşdırmaq və təlim keçmək
- Fövqəladə hallara reaksiya planı
- Məlumatlandırma və təlimatlandırma
- Təlim


İsti işlər zamanı tipik təhlükəsizlik qaydaları
• Yanabilən maddə və materiallar ərazidən kənarlaşdırılmalı
• Kənarlaşdırılması mümükün olmayan maddə və materialların üzəri yanmayan örtüklə bağlanmalı
• Döşəmə təmizlənməli
• Drenaj xətlərinə su axıdılmalı, ərazi su ilə yuyulmalı (ehtiyyac varsa)
• Taxta döşəmənin üzəri örtülməli
• Müvafiq yanğınsöndürmə balonu yerləşdirilməli
• Yanğın nəzarətçisi təyin edilməli
• İşdən sonra ərazi təmizlənməli
• İsti iş yerinə yetirilmiş yerə hər hansı alov və ya tüstünün olmadığına əmin olmaq üçün yenidən baxış keçirilməli

Müəssisənin yanğın planında yer alması gərəkən faktorlar
• Binada olan insanlar (işçilər, qonaqlar, kontraktorlar, xüsusi qayğıya ehtiyyacı olanlar)
• Yanğın müşahidə olunduğu zaman şəxsin atmalı olduğu addımlar (Həyəcan siqnalı necə səsləndirilməli, yanğın briqadası ilə necə əlaqə saxlamalı)
• Təxliyyə yolları (sayı, təhlükəsiz yerə qədər məsafə, yanğın çıxış işarələri, koridorlar və pilləkənlərdə fövqəladə işıqlanma)
• Yanğınsöndürmə avadanlıqları (növü və yerləşməsi)
• İnsanların evakuasiyasından sonra yerinə yetirilməli olan addımlar (toplantı məntəqəsində yığılma, düzgün sayım işi, xilasedicilərin hadisə baş verən yeri yoxlaması)
• Təlim (avadanlıqların istifadəsi üçün, yanğın həyəcan siqnalları təlim məşqi, iş yerində digər qruplarla koordinasiya)