İNTEQRƏ OLUNMUŞ YANĞINDAN MÜHAFİZƏ SİSTEMLƏRİ

Həm avtomatik yanğınsöndürmə həm də yanğın xəbərverici sistemlərinin qurşdırılması zamanı əsas diqqət yetirilməli məqam təyin olunmuş yanğın və onun söndürülməsi prosesi haqqında həm ərazidə yerləşən insanları və həm də yanğın mühafizəsi personalını vaxtında xəbərdar etməkdir. Obyektlərin tipindən asılı olaraq bir çox hallarda yanğın zamanı insanların anında təlimatlandırılması və yanğın ərazilərindən düzgün eakuasiyası üçün aşağıdakı altsistemlər tətbiq oluna bilir

 

 

1. Mühafizəli səsucaldan sistemləri 

2. Yanğın – çağrı nöqtələri 

3. Yanğın - əlaqə termialları 

4. Təxliyyə nişanları 

 

 

Mühafizəli səsucaldan sistemləri adi səsucaldan sistemlərindən mühafizə olunma dərəcəsinə və fiziki-kimyəvi şəraitə davamlılıq parametrlərinə görə fərqlənir. Beləki bütün yanğın mühafizə sistemlərində olduğu kimi mühafizəli səsucaldan sistemlərində istifadə olunan naqil və materiallar tempratura və yanğına davamlı olur. Bundan başqa səsucaldan qurğuların özləri də yanğına davamlı və ektremal şəraitlərdə işləmə qabiliyyətinə malik olurlar.