YANĞİN XƏBƏRVERİCİ SISTEMLƏRİ

Yanğına qarşı mübarizənin əsasını yanğının vaxtında təyin olunması təşkil edir. Elmin və texnologiyaların nailiyyətli müasir elektronikanın yanğın xəbərverici sistemlərdə tətbiqi effektiv və çevik yanğın xəbərverici sistemlərinin istehsalına imkan yaratmışdır. Microtech şirkəti müxtəlif təyinatlı obyektlər üçün alovun təyin olunma metodundan asılı olaraq uyğun yanğın xəbərverici sistemlərinin quraşdırılması, təmiri və texniki servisi xidmətini təklif edir. Obyektin özəlliyindən asılı olaraq yanğın xəbərverici sistemləri həm konvensional həm də ünvanlı növlərə bölünür. Bundan başqa hər iki sistemdə aşağıda göstərilən tip yanğın sensorları quraşdırıla bilir

1. Spot tipli istilik, tüstü və istilik-tüstü sensorları

2. Aperator tipli tüstü və qaz detektorları

3. Lazer güzgü tipli tüstü detektorları

4. UB və İQ tipli alov detektorları

Bundan başqa xüsusi obyetktlərdə müxtəlif ərzilərin monitorinqi və yanğın yarada biləcək hissələrin əvvəlcədən təyin olunması üçün yanğın xəbərverici sistemlərə termal kameraların inteqrasiyası da mümkündür. Termal kameralar vasitəsilə bir görüntü daxilində bir neçə obyektin hərarətinə dəqiq nəzarət etmək, tempratur maksimum və minimumlarını təyin etmə və limitləri aşma hadisəsi zamanı müxtəlif vasitələrlə xəbər alma funksiyalarını əldə etmək mümkündür.

Yanğın xəbərverici sistemlər obyektə mövcud sistemlərə inteqrasiya oluna bilir.